"Muteşem Yüzyıl"ın aktyorları çıxılmaz vəziyyətdə qaldı

17 Yanvar 2014 12:36 (UTC+04:00)

Aras Bulut İynemli və Engin Öztürk, bir məkandan çıxdıqdan sonra taksisiz qalıblar. Mövqe.az türk mətbuatına istinadən bildirir ki, "Muteşem Yüzyıl"ın gənc aktyorları Aras Bulut İynemli ilə Engin Öztürk, ötən axşam Beyoğlu Hayal Kahvesində görüntülənib. Məkandan çıxdıqdan sonra taksiyə minən ikili, taksi sürücüsünün Anadolu Yakasına getmədiyindən, onlar 15 dəqiqə taksi gözləmək məcburiyyətində qalıb.