İndoneziyada da sel olub

17 Yanvar 2014 12:43 (UTC+04:00)
Movqe.Az xəbər verir ki, İndoneziyanın şimalında leysan yağışların səbəb olduğu sürüşmə və sellərdə ən az 13 nəfərin həyatını itirdiyi bildirilib. Rəsmilər, Şimali Sumatra əyalətində günlərdir davam edən yağışlar səbəbiylə çayların dolduğunu, bəzi bölgələrin sel suları altında qaldığını və sürüşmələr meydana gəldiyini açıqlayıb. Sel sularına qapılan iki nəfərin itdiyi detilib. Mindən çox evin sel suları və sürüşmə səbəbiylə zərər görməsi ucbatından təxminən 40 min nəfər müvəqqəti sığınacaqlara yerləşdirilib.