İran Azərbaycandan arxayındır

6 Aprel 2012 02:06 (UTC+04:00)

İranın müdafiə naziri Əhməd Vəhidi jurnalistlərin bölgədə və dünyada baş verən bir sıra suallarını cavablandırıb. APA-nın İRİB-ə istinadən verdiyi məlumata görə, o, İsrailin Azərbaycandan hərbi baza satın alması barədə xəbərə də toxunub: "Azərbaycan rəsmiləri bu kimi xəbərlərin doğru olmadığını, eyni zamanda ölkə ərazisindən heç bir dövlətə, xüsusilə İrana qarşı hərbi müdaxiləyə icazə verməyəcəklərini bəyan ediblər". Ə. Vəhidi həmçinin deyib ki, ABŞ və Avropanın bəzi dövlətləri Yaxın Şərq bölgəsində böhran çıxarmağa çalışır.