Zəlzələ işıqlarının sirri nədir?

17 Yanvar 2014 13:56 (UTC+04:00)

Movqe.Az xəbər zəlzələlər əsnasında yaranan, insanların şahid olduğu qəribə səma işıqları haqqında elm insanları nəhayət nəticə əldə edə bilib. Böyük zəlzələlər əsnasında müəyyən edilən işıqlar haqqında araşdırma aparan elm adamları, 1600-cü illərə qədər qeydə alınan 65 böyük zəlzələni tədqiq edib. Bu zəlzələlər haqqında şahidlərin anlatdıqlarını araşdıran alimlər zəlzələ işıqlarına məntiqli bir şərh verə bilib. 


Nature jurnalında yayımlanan məqaləyə görə, zəlzələ əsnasında bir-birinə dəyən qaya qatları yüksək miqdarda elektrik yaradır. Bu elektrik isə atmosferə yüksələrək işıq oyunlarına səbəb olur. Araşdırma Kanadadakı "Quebec'S Ministry of Natural Resources"da Robert Theriault tərəfindən reallaşdırılıb.