Jennifer Lopez Bakıya gəlişini təsdiqlədi - Foto

3 İyun 2012 15:48 (UTC+04:00)
Xəbər verdiyimiz kimi, Jennifer Lopez  də daxil olmaqla dünyanın bir neçə tanınmış müğənnisi bu ilin sentyabr-oktyabr aylarında Azərbaycanda keçiriləcək 17 yaşadək qızlar arasında futbol üzrə dünya çempionatının açılış mərasimində iştirak etmək üçün Bakıya gələcəklər. Dünyanın 3 məşhur müğənnisi – Shakira, Rihanna və Jennifer Lopez payızda Bakıya gələcəkləri xəbəri bir çox söz-söhbətə səbəb olmuşdu.

Lakin bu xəbəri Jennifer Lopez artıq təsdiqləyib. Movqe.Az xəbər verir ki, bu haqda ifaçı Facebook səhifəsində oxucuları ilə bölüşüb. O, Facebookda yerləşdirdiyi video rolikdə, Bakıya salam göndərib.

"Salam Bakı! Futbol üzrə dünya çempionatına artıq az qalıb. Çox yaxın zamanda görüşəcəyik", - video rolikdə J.Lopez deyib. Qeyd edək ki, çempionat Tofiq Bayramov adına stadionda baş tutacaq.

Onuda qeyd edək ki, Sentyabrın 22-sində start götürəcək 17 yaşadək qızlar arasında futbol üzrə dünya çempionatı oktyabrın 13-də başa çatacaq.

Çempionatda iştirak etmək üçün Bakıya 15 ölkənin yığma komandası gələcək.

Biletlərin qiyməti isə, 5, 10 və 15 AZN dəyərində olacaq.

Dünya birinciliyinin 22 sentyabrdakı rəsmi açılışında Jennifer Lopez, 13 oktybardakı bağlanış mərasimində  Shakira  çıxış edəcək.

Oktyabrın 6-da isə Bakının Crystal Hall sarayında  Rihannanın konserti olacaq.


Türkan Nadirqızı

Movqe.Az