Dünyanın məşhur rok qrupu Bakıya gəlməyə hazırlaşır

3 İyun 2012 16:02 (UTC+04:00)


Almaniyanın dünyada məşhur rok qrupu olan "Rammstein"in üzvləri Bakıya gəlir. Movqe.Az-a daxil olan məlumata görə, qrup üzvləri oktyabrın 26-da Bakıda konsert proqramıyla çıxış edəcəklər. Qrupun Bakıda hansı məkanda çıxış edəcəyi hələ ki, dəqiqləşməyib.

Qeyd edək ki, "Rammstein" qrupu 1996-ci ilin yanvarında Berlində yaradılıb. Qrupun repertuarına daxil olan mahnıların əksəriyyəti alman dilindədir. Qrupa daha çox uğur gətirən albomu isə 2001-ci ildə işıq üzü görən "Mutter" olub. Bu alboma daxil olan "Ich will", "Mutter", "Feuer frei!" sinqlları isə ən çox dinlənilən mahnılardı.

Fuad Mədətov

Movqe.Az