Gələn aydan mobil operatorlar danışıq qiymətlərini ucuzlaşdıracaq-Özəl

17 Yanvar 2014 16:15 (UTC+04:00)
"Azərbaycanda mobil nömrələrin daşınması xidməti işə düşdükdən sonra mobil operatorların standart danışıq tarifini aşağı salacağı gözlənilir. Amma indidən qiymətləri hansı mobil operatorun ucuzlaşdıracağını söyləmək mümkün deyil". Bu sözləri Movqe.az-a açıqlamasında Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin  İnformasiya cəmiyyətinin inkişafı şöbəsinin müdiri İsfəndiyar Əliyev deyib. İ. Əliyev bildirib ki, hansı mobil operatorların qiyməti aşağı salacağı abunəçilərin seçimindən asılıdır: "Nömrə daşınma sistemi işə düşdükdən sonra bizim də gözləntilərimiz odur ki, qiymətlər ucuzlaşacaq. Abonent sərfəli mobil operatoru seçərsə digər mobbil operatorlar bu rəqabətə davam gətirmək üçün qiyməti ucuzlaşdıracaqlar".