29 yaşlı Gəncə sakini özünü asıb

17 Yanvar 2014 20:16 (UTC+04:00)

Gəncə şəhərində intihar hadisəsi baş verib. Gəncə şəhər Kəpəz rayon Polis İdarəsindən apa-ya verilən məlumata görə, hadisə bu gün günün ikinci yarısı, şəhərin DOS 84 yaşayış massivində baş verib.

Gəncə şəhər sakini, 1985-ci il təvəllüdlü Səxavət Cavadov yaşadığı evin dəhlizində özünü asaraq intihar edib. Onun hansı səbəbdən intihar etdiyi hələ ki, məlum deyil.

 Faktla bağlı Gəncə şəhər prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.