Səfir: İran Türkiyənin qonşularla münasibətlərin yaxşılaşdırılması üzrə müsbət yanaşmasını dəstəkləyir

17 Yanvar 2014 19:51 (UTC+04:00)

İran Türkiyənin qonşularla münasibətlərin yaxşılaşdırılması və möhkəmləndirilməsi üzrə müsbət yanaşmasını dəstəkləyir. Bunu Trend-ə İranın Azərbaycandakı səfiri Möhsün Pakayin deyib.

Onun sözlərinə görə, İran və Türkiyə Suriya böhranı, o cümlədən ölkənin birliyinin və ərazi bütövlüyünün saxlanılması, vətəndaş müharibəsinin və atəşin dayandırılması, qaçqınların öz evlərinə qayıtması, Suriya xalqına humanitar yardımın verilməsi, hərbi müdaxilə olmadan sülh yollarının axtarışı məsələlərində eyni fikirləri bölüşürlər.

M.Pakayin bildirib ki, İran Ankara-Dəməşq münasibətlərinə hərtərəfli dəstək verməyə hazırdır: "Türkiyə regionda İranın əsas iqtisadi tərəfdaşıdır və hər iki ölkə hazırda münasibətlərin müsbət dinamika üzrə inkişafına dəstək verirlər".

Hər iki ölkə ikitərəfli ticarəti 2015-ci ilə 30 milyard dollaradək çatdırmağı planlaşdırır.

Səfir qeyd edib ki, qonşularla, xüsusilə müsəlman qardaş ölkələrlə əlaqələrin inkişafı İran üçün önəmlidir: "İran-Türkiyə münasibətləri həmişə dinc xarakter daşıyıb".

İran və 5+1 qrupu arasında nüvə problemi üzrə razılaşma haqqında danışan səfir bildirib ki, nüvə razılaşması İran diplomatiyasının və fikir ayrılıqlarının həll edilməsi üçün dialoqu dəstəkləyənlərin qələbəsidir: "İran həmişə qeyd edib ki, dinc nüvə araşdırması aparamağa haqqı var. Sünya dövlətləri də İranın bu məsələ üzrə arqumentlərini qəbul ediblər və fikir ayrılıqlarının həlli üçün real yanaşmalar tapıblar".