BMT ölkələrə suriyalı qaçqınlar üçün sərhədləri açmaq xəbərdarlığı edib

17 Yanvar 2014 19:12 (UTC+04:00)

BMT miqrant agentliyi rəhbərliyi yenidən bütün  ölkələrə Suriyadan gələn miqrantlar üçün sərhədlərini açmalarını bildirib. "Suriyanın qonşuları gərək ondan köməyini əsirgəməyə" Assocoated Press belə deyib.

Movqe.Az xəbər verir ki, təxminən 2 milyon insan Suriya vətəndaş müharibəsində öz yurdlarından didərgin düşərək qaçqın düşərgələrinə gedib və Livan, İordaniya, Türkiyə və İraqda qeyri-rəsmi yaşayış yürləri salıblar.

 UNHCR Ali Komissarı Antonio Guterres cümə günü müxtəlif ölkələrin rəsmilərilə keçirdiyi yığıncaq əsnasında bildirib ki, beynəlxalq cəmiyyət gərək öhdəlikləri birlikdə paylaşsın. Gueterres: "Suriyalı qaçqınları Aralıq Dənizi və ya sərhədlərdə ölümə tərk etmək qəbulolunmazdır"