Hansı təklif Bülənt Ersoyu təəccübləndirib?

18 Yanvar 2014 12:16 (UTC+04:00)
Türkiyənin divası Bülent Ersoy, aprel ayından çəkilişlərinə başlanacaq gənclik filmi 'Türk Lokum"da çəkilmək üçün təklif alıb. Mövqe.az türk mətbuatına istinadən bildirir ki, "Amerikan Pastası" filmindən ilham alaraq çəkiləcək filmdə müdir rolunun canlandırmaq üçün prodüser Uğur Eroğlu müğənnini razı salmağa çalışıb. Qeyd edək ki, Bülent alacağı məbləğdən razı qalmadığı üçün filmdə çəkilməkdən imtina edib.