Özünü jurnalist kimi təqdim edərək məktəb direktorundan pul tələb edən qadın saxlanılıb

18 Yanvar 2014 17:20 (UTC+04:00)

Astara rayonunda özünü "Korrupsiya" qəzetinin əməkdaşı kimi təqdim edən qadın saxlanılıb. Movqe.az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, yanvarın 17-də özünü "Korrupsiya" qəzetinin əməkdaşı kimi təqdim edən Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş Faila İbrahimova Astara rayon Siyəkü kənd orta məktəbinin direktoru Hikmət Muradova hədə-qorxu gələrək ondan 100 manat alarkən Astara rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən tutulub.