Gənclər niyə facebookdan qaçır?

18 Yanvar 2014 17:33 (UTC+04:00)

iStrategy Labsın hazırladığı son hesabata görə Facebook yalnız 3 il kimi qısa bir müddətdə 11 milyon gənc üzvünü itirib. Hesabata görə ən böyük itki isə Facebookun təməllərinin atıldığı universitet tələbələri arasında müşahidə edilir. Facebookun yayımladığı ABŞ istifadəçi demoqrafiya məlumatlarının müqayisə edən araşdırma da olduqca diqqət çəkib. 


Movqe.Az xəbər verir ki, Facebook ötən 3 il ərzində 4 milyon istifadəçi qazanıb, yaş qruplarına görə isə ədədləri artan istifadəçilərin hamısının universiteti bitirən yaş qrupundan olduqları görülür. 


 Gənclərin Facebooku tərk etməsində Whatsapp, Snapchat kimi gün keçdikcə məşhurlaşan tətbiqlər əhəmiyyətli  rol oynasa da, xüsusilə valideynlərin Facebooka sıx maraq göstərməsiylə gənclərin qaçışı da sürətlənmiş vəziyyətdədir. Lakin bu rəqəmlərin hamısının yalnız ABŞ-ı əhatə etdiyini da bildirək.