Nazirin həyat yoldaşı öldü

18 Yanvar 2014 18:17 (UTC+04:00)

Nazirin həyat yoldaşı "Ərim aldadır" mesajından sonra ölü tapılıb. Hindistanda Cümə günü lüks bir otel otağında ölü  tapılan, dövlət naziri Şaşi Tarurun arvadı Sunanda Puşkarın ölümünün "ani və qeyri təbii" olduğu açıqlanıb.

Ölümündən iki gün əvvəl Puşkarın Twitter hesabından, ərinin Pakistanlı bir jurnalistlə əlaqəsi olduğuna dair mesajlar atılmışdı. Cütlük daha sonra bir şərh yayımlayarak, Twitter mesajlarının saxta olduğunu və xoşbəxt evlilikləri olduğunu demişdi.


Movqe.Az xəbər verir ki, illərlə Birləşmiş Millətlər Təşkilatının Baş katib müavini olan, insan qaynaqlarından Məsul Dövlət Naziri Tarur ilə keçmiş bir iş qadını olan Sunanda Puşkar 2010-cu ildə evlənmişdi. Yarılmanı reallaşdıran həkimlər Puşkarın qəti ölüm səbəbini müəyyən etmək üçün bir sıra testlərə ehtiyac duyulduğunu söyləyib. Nəticələrin iki gün ərzində açıqlanması gözlənilir.