İlham Əliyev: “Bu saat gözəldir, ancaq mən onu taxa bilmərəm...”

18 Yanvar 2014 18:42 (UTC+04:00)

Xəbər verdiyimiz kimi dünən prezident İlham Əliyevə ANS şirkətlər qrupunun və Milli Qəhrəman Çingiz Mustafayev adına Fondun "2013-cü ilin adamı" mükafatı təqdim olunub. Movqe.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, prezident ona təqdim olunan bahalı saat mükafatını qoluna taxa bilməyəcəyini deyib: "Bir daha bu mükafata görə sizə minnətdaram. Bu saat çox gözəl və bahalı saatdır. Ona görə, mən bunu bağlaya bilmərəm. Ancaq sizə söz verirəm ki, bu saat muzeydə saxlanılacaq".