Təhsil Nazirliyi Azərbaycan ali məktəblərinin "Qaynar xətt"
xidmətlərinin telefon nömrələrini açıqlayıb. Təhsil Nazirliyindən Movqe.az-a verilən xəbərə görə, ali
təhsil müəssisələrində qış imtahan sessiyası müddətində baş vermiş
neqativ hallarla bağlı daxil olan məlumatların operativ
araşdırılması və belə hallara yol verən şəxslər barədə tədbir
görmək məqsədilə imtahan qərargahları və "Qaynar xətt" xidmətləri
yaradılıb. Təhsil naziri Mikayıl Cabbarovun əmrinə əsasən, ali və
orta ixtisas təhsili müəssisələrinin rəhbərlərinə tədris ilinin qış
imtahan sessiyasının mövcud normativ sənədlər əsasında təşkil
olunmasını təmin etmək, rəhbərlik etdikləri təhsil müəssisələrində
imtahan qərargahı yaratmaq, qərargaha daxil olan hər bir şikayət
barədə nazirliyin "Qaynar xətt"inə operativ məlumat vermək, imtahan
sessiyasında şəffaflığı və ictimai nəzarətin gücləndirilməsini
təmin etmək barədə tapşırıqlar verilib. Ali təhsil
müəssisələrinin "Qaynar xətt" nömrələri aşağıdakı kimidir:
Bakı Dövlət Universitet: (012) 538-06-78
Azərbaycan Dövlət Neft Akademiyası: (012) 437-43-51
Azərbaycan Dövlət İqtisad Universiteti: (012) 437-10-84
Azərbaycan Dövlət Pedaqoji Universiteti: (012) 498-17-94, 408-30-29
Azərbaycan Dillər Universiteti: (012) 440-35-05, 440-35-02
Bakı Slavyan Universiteti: (012) 449-36-52
Azərbaycan Memarlıq və İnşaat Universiteti: (012) 539-42-38
Azərbaycan Texniki Universiteti: (012) 539-90-70, 539-13-78
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti: (012) 538-76-06
Azərbaycan Milli Konservatoriyası: (055) 780-09-33, (050) 268-34-38
Azərbaycan Müəllimlər İnstitutu: (012) 465-29-75
Sumqayıt Dövlət Universiteti: (018) 644-89-05
Gəncə Dövlət Universiteti: (0222) 56-19-62
Naxçıvan Dövlət Universiteti: (036) 545-39-29
Azərbaycan Dövlət Aqrar Universiteti: (0222) 56-89-57, 56-00-56
Azərbaycan Texnologiya Universiteti: (0222) 57-08-83
Lənkəran Dövlət Universiteti: (02525) 5-25-88
Mingəçevir Politexnik İnstitutu: (02427) 5-32-72, 4-14-33