YAP gəncləri Şəhidlər Xiyabanına yürüş təşkil edəcək

19 Yanvar 2014 15:54 (UTC+04:00)

20 Yanvar - Ümumxalq Hüzn Günü ilə əlaqədar olaraq Yeni Azərbaycan Partiyasının gəncləri Şəhidlər Xiyabanına yürüş təşkil edəcəklər. Movqe.az-ın məlumatına görə, saat 13.00-da Yasamal rayonu 20 saylı məktəbin qarşısında toplanacaq gənclər buradan erməni daşnakları və Sovet imperiyası tərəfindən öldürülən şəhidlərimizin əziz xatirəsini yad etmək üçün Şəhidlər Xiyabanını ziyarət edəcəklər.