Tarixi “Modena” qülləsi son zəlzələyə dözə bilmədi

4 İyun 2012 13:51 (UTC+04:00)

Movqe.Az xəbər verir ki, tən ay 9 günlük fasilə ilə iki dəfə güclü zəlzələnin olduğu İltalyanın Modena şəhərində dünən daha bir titrəmə olub. 5,1 bal gücündə olan zəlzələ nəticəsində əvvəlki zəlzələlərə dözən tarixi "Novi de Modena" qülləsi bu dəfə aşıb. İntibah dövründən qalma qüllə yerlə bir olub.

Rixter şkalası ilə ən güclüsü 6 bal olan və 20 və 29 may tarixlərində baş verən zəlzələEmilia-Romagna bölgəsində 24 adamın ölümünə səbəb olmuşdu. Axşamkı təkanlarda isə ölən olmayıb. Şahidlərin sözlərinə görə yollar dalğavari hərəkət edib və avtodayanacaqda olan maşınlar zərbənin təsirindən 20 sm-ə qədər yerini dəyişib.

Ardıcıl baş verən zəlzələlərin ölkəyə vurduğu ziyan indidən 1 milyard avronu keçdiyi deyilir. Baş nazir Mario Monti rəhbərlik etdiyi hökuməti ötən həftə zəlzələnin nəticələrini aradan qaldırmaq üçün yanacağın qiymətinin artırılacağını elan edib. Avropa Komissiyasından olan xüsusi komissiya isə dağıntı bölgəsindədir. Onlar bölgəyə edəcəkləri yardımın növünü və miqdarını müəyyənləşdirmək üçün araşdırma aparırlar.