Qardaş qardaşı bıçaqladı

19 Yanvar 2014 23:09 (UTC+04:00)
Ağdamda bu gün bicaqlanma olub. ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, əslən Ağdam rayonunun Muradbəyli kəndindən olan, hazırda Ağdamda məcburi köçkünlər üçün salınan qəsəbədə məskunlaşan Bağırov Bəhram Qaraxan oğlu qardaşı Şəhriyar Bağırov tərəfindən bıçaqlanıb.
 O dərhal Ağdam mərkəzi rayon xəstəxanasına ordan isə Bərdəyə gətirilib.
Hazırda faktla bağlı araşdırma aparılır. Ağdam rayon prokurorluğundan hadisənin ailə münaqişəsi zəminində baş verdiyi bildirilib.