Bayram Səfərov: “Azərbaycanın üçrəngli bayrağı Şuşada, Xankəndidə dalğalanacaq”

20 Yanvar 2014 11:39 (UTC+04:00)
"Biz Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində danışıqların aparılmasını istəyirik". Movqe.az-ın məlumatına görə, bunu "Dağlıq Qarabağın Azərbaycanlı İcması" İctimai Birliyinin sədri, Şuşa rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov deyib.B. Səfərov bildirib ki, bütün hallarda istər Azərbaycan, istər Ermənistan icmaları arasında danışıqlar getməlidir ki, ortada konkret nəticə olsun: "Danışıqların son mərhələsi odur ki, biz Şuşada olaq. Bu mütləq olacaq. Hamınız şahidsiniz ki, prezidentimiz bütün yüksək tribunalardan hər zaman bəyan edir ki, heç bir halda Azərbaycan torpaqlarının bir qarışı düşmənə verilə, ikinci Ermənistan respublikası yaradıla bilməz. Azərbaycanın üçrəngli bayrağı Dağlıq Qarabağda, Şuşada, Xankəndidə və bütün işğal altında olan torpaqlarda dalğalanacaq. Mən prezidentimizin apardığı siyasətə inanıram".