Paytaxtdakı cəzaçəkmə müəsisələri köçürülür

20 Yanvar 2014 13:03 (UTC+04:00)
"Şəhərin mərkəzində yerləşən cəzaçəkmə müəsisələri köçürüləcək". Movqe.-ın məlumatına görə, bunu Penitensiar Xidmətin rəisi, ədliyyə general-leytenantı Mədət Quliyev deyib. O bildirib ki, əvvələr bu cür müəssisələr şəhərin ətraf rayonlarında yerləşirdi: "Hazırda şəhərin böyüməsi nəticəsində bu cür müəssisələrin digər yerlərə köçürülməsi nəzərdə tutulur. Artıq bu istiqamətdə tikintilər gedir. Lənkəran, Kürdəmir və Gəncə şəhərlərində də cəzaçəkmə müəssisələri tikilir". Mədət Quliyev məhbusların qida rasionundan danışıb. O, bildirib ki, məhbuslara yüksək kalorili xüsusi rəsion verilir. "Diabet və şəkər xəstələrinə xüsusi, onlara aid olan qida verilir. Keçən il biz ölkənin tanınmış kulinarlarına müraciət etdik. Bizim aşbazların professional hazılıqları yüksək səviyəyə çatdırıldı". Mədət Quliyev eyni zamanda məhbuslar arasında diabet, şəkər və vərəm xəstələrinin sayını da açıqlayıb. O bildirib ki, 492 nəfər şəkər diabet xəstəliyindən əziyyət çəkir: "Ədliyyə Nazirliyinin tibb xidməti tərəfindən sözü güdən xəstələrə müalicəsi istiqamətində xüsusi xidmət göstərilir. Vərəm xəstəliyinə tutulan məhbusların da müalicəsi istiqamətində işlər aparılır. Bizdə bunun üçün müalicə müəssisəsi var. Beynəlxalq Qızıl Xaç Cəmiyyəti Azərbaycanda vərəm xəstəliyinin müalicəsinə dəstək göstərir. Bizdə bu məhbuslar arasında bu xəstələrin sayı dünyanın digər ölkələri ilə müqayisədə çox deyil. Bu sahədə işlər davamlı olaraq aparılır. Azərbaycanda məhbuslar arsında 329 vərəm xəstəsi var".