Kolumbiya XİN 20 Yanvar faciəsi ilə əlaqədar nota təqdim edib

20 Yanvar 2014 16:58 (UTC+04:00)
Kolumbiya Xarici İşlər Nazirliyi 20 Yanvar faciəsi ilə əlaqədar Azərbaycan xalqı ilə həmrəylik nümayiş etdirilməsi barədə nota təqdim edib.

Azərbaycanın Meksika Birləşmiş Ştatları və eyni zamanda Kolumbiyadakı Səfirliyindən Trend-ə daxil olan məlumata görə, Kolumbiya Respublikası Xarici İşlər Nazirliyindən Azərbaycan Respublikasının Meksika Birləşmiş Ştatları və eyni zamanda Kolumbiya Respublikasındakı Səfirliyinə ünvanlanmış notada, "1990-cı ilin 20 yanvar tarixində Azərbaycanda Sovet qoşunları tərəfindən törədilmiş və Qara Yanvar faciəsi kimi tanınmış hadisələr"lə əlaqədar Azərbaycan xalqı ilə həmrəylik nümayiş etdirilərək, xalqımızın 1991-ci ildə müvəffəqiyyətlə nəticələnən öz müqəddəratını təyin etmə və suverenlik uğrunda mübarizəsinin tanındığı bildirilib.