Ermənilər Türkiyəyə geri qayıdışla bağlı petisiya qəbul ediblər

20 Yanvar 2014 21:40 (UTC+04:00)

Region Qərbi ermənilərin Milli Forumu türkiyəli erməni jurnalist Hrant Dinkin ölümünün ildönümü ilə bağlı keçirdiyi forumda 11 bənddən ibarət petisiya qəbul edib. Movqe.az-ın erməni mətbuatına istinadən bildirir ki, petisiyada Türkiyə hökumətindən vaxtilə ölkə ərazisində yaşamış erməni ailələlərinin törəmələrinə vətəndaşlıq və pasport tələb edilir. Həmçinin, petisiyada əslən Türkiyədən olan ermənilərin ölkəyə qayıdışının və repatriasiyasının təşkili ilə bağlı tələb qoyulub. O vaxt ermənilərin dövlət sərəncamına keçmiş əmlakının geri qaytarılması məsələsi də pertisiyada yer alıb.