Ərdoğandan “böyük rüşvət” əməliyyatı ilə bağlı yeni açıqlama

20 Yanvar 2014 23:31 (UTC+04:00)
Brüsselə işgüzar səfərə gedən Türkiyə baş naziri Rəcəb Tayyib Ərdoğan hava limanında jurnalistlərin suallarını cavablandırıb. ANS PRESS Türkiyə mətbuatına istinadən bildirir ki, Ərdoğan 17 dekabrda başlamış rüşvətə qarşı əməliyyatlardan sonra hökumətlə prokurorluq arasında yaranmış qarşıdurma ilə bağlı suallara da cavab verib. Söhbət Konstitusiyaya prokurorluğun fəaliyyətinin məhdudlaşdırılması ilə bağlı dəyişikliklərin edilməsi ətrafında gedib. Ərdoğan bu dəyişikliklərin edilməsi üçün müxalifətdən dəstək ala bilmədiklərini vurğulayıb. "Yoldaşlarım CHP-yə də, MHP-yə də, BDP-yə də getdilər. CHP-də çay içə bildilər. MHP-də çay belə içə bilmədilər. Daha sonra BDP-yə getdilər. Təəssüf ki, heç birindən lazımlı cavab ala bilmədilər",- deyə bildirib. Ərdoğan sonra isə ana müxalifət partyası CHP-ni tənqid edib: "AKP ilə bağlı konstitusiya dəyişikliyi etməycəyik deyəcəksiniz".