ANS daha 7 saytı məhkəməyə verdi- Siyahı

20 Yanvar 2014 23:52 (UTC+04:00)
ANS Müstəqil Yayım və Media Şirkətinin işgüzar nüfuzuna xələl gətirən materiallar yaydığı üçün məhkəmə verdiyi sayt və portalların sayı artıb. Movqe.az  ANS PRESS-ə istinadən xəbər verir ki, məlumata görə, həqiqətə uyğun olmayan məlumatlar yaydıqlarına görə, məhkəmədə cavab verəcək portalların siyahısına aşağıdakılar da əlavə edilib: dunyatv.az, realxeber.az, etatist.com, xalqxeber.az, baymedia.az, avrasiya.net, marka.az. Qeyd edək ki, daha öncə məhkəmə verilən sayt və portallar bunlar idi - aznews.az, ınterpress.az, azvision.az, demokratiya.info, axar.az, publika.az, presspost.az.