Daha bir avtomobil kanala düşdü

21 Yanvar 2014 09:06 (UTC+04:00)
Bakının Qaradağ rayonunda xanım sürügünün idarəetməsindən çıxan atomaşın qəza törədib. Lökbatan qəsəbəsinə gedən yolda qeydə alınan hadisə zamanı 28 yaşlı Zamira Səfərovanın idarə etdiyi "Hyundai" markalı nəqliyyat vasitəsi əvvəlcə yoldan çıxıb. Bundan sonra isə avtomaşın yol kənarındakı su kanalına düşüb. Sürucü avtomaşından hadisə şahilərinin kməkliyi ilə çıxarılıb. Qəza baş veən ünvanda isə Qaradağ rayon dövlət yol polis şöbəsinin əməkdaşları tərəfindən araşdırma aparılıb. Qaradağ rayon DYPŞ-nin inspektoru Zamin Güvəndiyev bildirib ki, sürücü hava şəraitini nəzərə almayıb. Qəza zamanı avtomaşını sü kanalından çıxarmaq üçünsə əraziyə qaldırıcı kran cəlb edilib. Yalnız bundan slnra nəqliyyat vasitəsini düşdüyü yerdən çıxarmaq mümkün olub. Hadisəni törədən sürücünün izahatı alınandan sonra isə qəzanın dəqiq baş vermə səbəbləri də məlum olacaq.