Rza Zərrab və nazirlərin oğlanları zaminə buraxılmadı

21 Yanvar 2014 09:21 (UTC+04:00)

Dekabrın 17-də İstanbulda keçirilən korrupsiya əməliyyatı nəticəsində tutulan iki şübhəlinin zaminə buraxılması haqqında qərar qəbul edilib. Lent.az-ın Türkiyə KİV-ə istinadən məlumatına görə, qalan 12 nəfərlə bağlı həbs qətimkan tədbiri  qüvvədə saxlanılıb. Zaminə buraxılanlar Muacat Qorxmaz və Əmir Əmiroğludur. 12 nəfərin arasında eyni ittihamla tutulan keçmiş nazirlərin oğlanları -Barış Gülər, Kaan Çağlayan, "Halkbankası"-nın baş direktoru Süleyman Aslan və iş Adamı Rza Zərrab da var. Məhkəmə onlar barəsində isə həbs qərarını qüvvədə saxlayıb.