20 yanvar günü özünü öldürən şəxslə bağlı rəsmi açıqlama

21 Yanvar 2014 10:09 (UTC+04:00)
20 yanvar günü Şəkidə intihar edən şəxs barədə rəsmi açıqlama verilib. Rayon Prokurorluğundan ANS PRESS-ə verilən məlumata görə, ötən gün səhər saatlarında Şəki sakini, 1988-ci il təvəllüdlü Sərxan Məmməd oğlu Sadıqovun asılmış meyidi tapılıb. Araşdırmalar zamanı onun intihar etdiyi məlum olub. Yaxınlarının hüquq-mühafizə orqanlarına verdiyi məlumata görə, S.Sadıqov ruhu xəstəlikdən əziyyət çəkirmiş.