Telli Borçalı 20 yanvar günü toya gedib

21 Yanvar 2014 10:18 (UTC+04:00)
Azərbaycanın tanınmış aşıq-müğənnisi Telli Borçalı 20 yanvar günü toya gedib.  ANS PRESS-in xəbərinə görə, aşıq-müğənni bu barədə "Salam Azərbaycan" proqramının xüsusi müxbiri Natiq Nailəoğlu ilə telefon danışında danışıb. "Qurban sənə, mən Bakıda deyiləm, Masallıdayam. Axşam mənim toyum var". 
Müxbirin, "20 yanvar günü kimin toyudur?" sualı qarşısında çaşan Telli Borçalı əslində toyda yox, ad günündə olduğunu bildirib.