Azərbaycanda hərbi maşın qəzaya uğrayıb, yaralılar var

21 Yanvar 2014 10:24 (UTC+04:00)

Azərbaycanda hərbi maşın qəzaya uğrayıb.

Məlumata görə, hadisə cəbhə bölgəsində qeydə alınıb. Müdafiə Nazirliyinin "N" saylı hərbi hissəsinə məxsus maşının qəzaya uğraması nəticəsində 3 hərbi qulluqçu xəsarət alıb. Yaralılar hospitala yerləşdirilib.

 

Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya faktı təsdiqləyiblər.