Əhməd Cavadın 120 illik yubileyi qeyd olunacaq

4 İyun 2012 16:10 (UTC+04:00)

Movqe.Az APA-ya istinadən bildirir ki, Azərbaycanın Dövlət Himninin sözlərinin müəllifi, görkəmli şair və tərcüməçi, repressiya qurbanı Əhməd Cavadın 120 illik yubileyi qeyd ediləcək.

Bu barədə Mədəniyyət və Turizm Nazirliyindən məlumat verilib. Yubiley tədbirinin iyunun 5-də Azərbaycan Dövlət Filarmoniyasında keçirilməsi planlaşdırılır. Yubiley mərasimində tanınmış
sənət adamları şair haqqında danışacaq, onun şeirlərindən parçalar oxunacaq, sözlərinə bəstələnmiş musiqilər səsləndiriləcək. Tədbirin aparıcısı millət vəkili, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü Nizami Cəfərovdur. 

Əhməd Cavad Azərbaycan ədəbiyyatı tarixinə milli inqilabi poeziyanın banisi kimi daxil olub və bu günədək həmin ədəbi prosesin təkrarsız nümayəndəsi kimi yaşamaqdadır. 

Türkan Nadirqızı

Movqe.Az