Çin Leydi Qaqanı "qara siyahı"dan sildi

21 Yanvar 2014 11:45 (UTC+04:00)

Çin höküməti Nyu Yorklu məşhur pop müğənnisi Leydi Qaqanın adını qara siyahıdan silib. Bu haqda Movqe.Az "CNN entertainment"ə istinadən xəbər verir.  Belə ki, artıq onun yeni albomu "Artpop" Çində qanuni olaraq satışa çıxarılıb. Lakin Çin senzorları albomda bir sıra dəyişikliklər edib. Onlar müğənnin çılpaq bədənini örtən şar və ayaqlarını örtən corablar əlavə ediblər. Onun son albomu Amerikalı rəssam Cef Kuns tərəfindən dizayn olunub. Çinli rəsmilər həmçinin müğənninin "Sexxx Dreams" , "X Dreams" adlı  mahnılarının başlıqlarında da  dəyişiklik edib. Leydi Qaqanın "ARTPOP" da geyindiyi, qəribə mexanizmdən hazırlanan "uçan paltarı" da noyabrda 258.000 nüsxə satılaraq elə ilk həftədən ABŞ qrafiklərini geridə qoymuşdu.

Leydi Qaqa öz tvitter hesabından, "Çində "ARTPOP" daxil olmaqla, 15 mahnımın satşına icazə verildi. Növbəti dəfə, ümüd edirəm ki, şəxsən gedib mahnılarımı səsləndirəcəm.".