Bunu Belarusun Azərbaycandakı səfiri Nikolay Paskeviç Dağlıq Qarabağ münaqişəsinin davam etdiyi bir şəraitdə Ermənistanın Gömrük İttifaqına qoşulmasına Belarusun münasibətini şərh edərkən deyib.
O bildirib ki, bütün iştirakçıların bu məsələyə dair bəyanatları məlumdur: "Yarana biləcək problemlər qərarların qəbulu zamanı diqqətlə nəzərdən keçiriləcək. Bu gün hansısa proqnozlar vermək tezdir. Qərarlar beynəlxalq hüquq çərçivəsində qəbul ediləcək".