WhatsApp-a görə ərindən boşanmaq istəyir

21 Yanvar 2014 13:10 (UTC+04:00)
Yəməndə bir qadın ərinin WhatsApp messencerindən həddən artıq asılı olaraq vaxtını mobil telefonla keçirdiyini, "ər olaraq vəzifələrini yerinə yetirmədiyini" deyərək boşanmaq üçün məhkəməyə müraciət edib.


Milli.Az Al Jazeera-ya istinadən bildirir ki, 32 yaşlı yəmənli qadın Yəmənin paytaxtı Ədənin şəhər məhkəməsinə yolladığı ərizəsində ərinə qarşı zəruri tədbirlər tələb etdiyini vurğulayıb.


"Ərim bütün vaxtını WhatsApp-da keçirir, ailəsinə vaxt ayırmır. Ondan boşanmaq istəyirəm. Yaxud da məhkəmə elə qərar versin ki, ərim mənimlə, ailəsi ilə WhatsApp-a eyni vaxt ayırsın", - qadın deyib.