Cənubi Koreyadan "quş qripi" virusu Azərbaycana təhlükə yarada bilərmi?
21 Yanvar 2014 13:18 (UTC+04:00)
Cənubi Koreyada yayılmış "quş qripi" virusunun Azərbaycan üçün
təhlükəsi yoxdur. Bu sözləri Movqe.az-a
açıqlamasında Kənd Təssərrüfatı Nazirliyinin Dövlət Baytarlıq
Xidmətinin mətbuat xidmətinin rəhbəri Yolçu Xanvəli deyib. Y.
Xanvəli bildirib ki, Azərbaycana Cənubi Koreyyadan quş əti
gətirilmir: ""Quş qripi" virusu bütün dübya üçün təhlükəlidir. Amma
Azərbaycanda bu virusla bağlı vəziyyət sabitdir. Koreyadan
Azərbaycana quş əti gətirimədiyindən naratçılığa əsas yoxdur. Amma
bununla belə biz monitorinqləri davam etdiririk. Yanvarın 27-də
növbəti monitorinq keçiriləcək".