Azərbaycan Respublikası Baş
Dövlət Yol Polisi İdarəsi sürücülərə müraciət
edib.
Bakı Şəhər Dövlət Yol
Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi
Vaqif Əsədov Movqe.Az-a verdiyi açıqlamada yük daşıyan
sürücülərə müraciət edib.
Vaqif Əsədov bildirib ki,
yay mövsümünün gəlişi ilə əlaqədar rayonlardan Bakıya kənd
təsərrüfatı məhsullarının daşınması magistral yollarda hərəkətin
intensivliyini artırıb. Bu səbəbdən də, yol qəza
hadisələrinin sayı artmaqdadır.
"Qeyd edim ki, bu daşımalar rayonlardan adətən gecə
saatlarında həyata keçirilir. Adətən də, məsz, gecələr yol qəza
hadisələri baş verir. Bu səbəbdən də, hər hansı hadisənin baş
verməməsi üçün həmin sürücüləri ehtiyatlı olmağa
çağırırıq.
Onlar ilk növbədə vaxtınada istirahət etməli, dincəlməlidirlər", - Vaqif Əsədov deyib.
Türkan Nadirqızı
Movqe.Az