"Socialbakers"ın apardığı
hesablamalara görə, son 6 ay ərzində Azərbaycanda "Facebook"
istifadəçilərinin sayı 254 160 nəfər artıb.
Ümumiyyətlə, hazırda Azərbaycan "Facebook"
istifadəçilərinin sayına görə tərtib edilən reytinqdə 86-cı
yerdədir. Halbuki, ötən ay Azərbaycan bu reytinqdə 87-ci, cari ilin
yanvar ayında isə 91-ci yerdə olub. Bu göstəriciyə görə Azərbaycan
reytinqdə Gürcüstan (87), Estoniya (102), Qazaxıstan (104),
Belarus (108), Latviya (111), Ermənistan (115)
və Moldova(117) kimi ölkələri
qabaqlayır.
Qeyd edək ki, reytinqdə liderlərin ilk üçlüyünə
ABŞ, Braziliya və Hindistan daxildir
Türkan Nadirqızı
Movqe.Az