Pambıq əkənlərə şad xəbər

21 Yanvar 2014 14:33 (UTC+04:00)
Azərbaycanda fermerlərə subsidiyaların verilməsi mexanizmində dəyişiklik ola bilər. Bu barədə məlumatı Movqe.az-a açıqlamasında Kənd Təssərrüfatı Nazirliyinin şöbə müdiri Sabir Vəliyev deyib. S. Vəliyev bildirib ki, pambıq, qarğıdalı,  əkini ilə məşğul olan fermerlərə subsidiyaların ayrılması və artırılması təklif olunur: "Pambıq əkənləri stimullaşdırmağa ciddi ehtiyac var. Artıq fermerlər bu sahəyə maraq göstərmirlər. Ona görə də subsidiyaların verilməsi mexanizmində dəyişikliyə ehtiyac var". 

S. Vəliyev deyib ki, təkliflərə görə, pambıq, qarğıdalı soya əkənlərə 80-100 manatadək subsidiyaların ayrılması nəzərdə tutulur.