Yəhudi iş adamı evində ölü tapıldı
4 İyun 2012 17:19 (UTC+04:00)
Movqe.az Türkiyə mediasına istinadən xəbər
verir ki, 62 yaşlı yəhudi iş adamı evində ölü tapılıb. Türkiyənin
Çengelköy əyalətindəki evində başından silahla vurulmuş şəkildə
tapılan Həyati Kamhinin cəsədi, prokurorun araşdırmasından sonra
yarılmaqçün məhkəmə tibbi ekspertiza mərkəzinə göndərilib. Hadisə
yerində araşdırma aparan hüquq mühafizə orqanları villadakı
araşdırmalarını tamamlayıb. Həyati Kamhinin cəsədi hələlik morqa
aparılıb.
Hadisə əsnasında Kamhinin həyat yoldaşı ilə 6 və 12 yaşındakı
qızlarının da evdə olduğu deyilir. Polisin, Kamhinin ölümü ilə
əlaqədar başladığı istintaq isə davam edir.
Bu arada intihar ettiğəzi rəsmilərin gəldiyi deyilir.