Birbaşa Bakı – Bağdad aviareysi açılır

21 Yanvar 2014 17:25 (UTC+04:00)

İraq hökuməti xarici ölkələrdən, o cümlədən Azərbaycandan gələn zəvvarların təhlükəsizliyini təmin edir.

Bunu bu gün keçirilən mətbuat konfransında İraqın Azərbaycandakı səfiri Heydər Şia Əl-Barak deyib.

Səfir həmçinin İraqda Azərbaycan səfirliyinin açılması məsələsinə toxunub."Azərbaycan hökuməti bu məsələyə xüsusi önəm verir. Səfirliyin ilin sonunadək açılması planlaşdırılır", - deyə diplomat qeyd edib.

Bakı – Bağdad birbaşa aviareysinin açılmasına gəldikdə isə səfir bəyan edib ki, bu məsələ ilə bağlı danışıqlar artıq yekunlaşıb: 


"Qalır xırda texniki məqamlar - İraq vətəndaşlarına Bakıda Heydər Əliyev hava limanında vizaların verilməsi məsələsi. Reyslər həftədə dörd dəfə keçiriləcək. Artıq hətta biletlərin qiyməti müəyyənləşdirilib. Biz ilk aviareysin yaxın zamanlarda baş tutacağını gözləyirik".