Gürcü ifaçısının konserti keçiriləcək

4 İyun 2012 22:04 (UTC+04:00)

İyun ayının 9–zu Heydər Əliyev adına sarayda musiqiçi və kompozitor Datonun solo konserti keçiriləcək. Gürcüstanın məşhur ifaçısı Dato ifa etdiyi bir çox mahnının müəllifidir.

Qeyd edək ki, bu ifaçı həm Gürcüstanda, həmdə MDB ölkələrində olduqca populyardır.

Onuda qeyd edək ki, konsert 9 iyun saat 19:00-da keçiriləcək.

Biletlərin qiyməti fərqlidir. 20 AZN-dən – 60 AZN-ədəkdir.

Türkan Nadirqızı

Movqe.Az