Aparıcı özünü 11-ci mərtəbədən atdı

21 Yanvar 2014 18:10 (UTC+04:00)

Rusiyanın "Mir 24" telekanalının aparıcısı Eduard Markov intihar edib.

APA – nın "İnterfaks"a istinadən verdiyi məlumata görə, E. Markov dostu ilə mübahisə etdikdən sonra 11-ci mərtəbədə yerləşən mənzilin otaqlarının birinə keçib və qapını bağlayıb.

Onun dostu qapını sındırmağa çalışan zaman jurnalist özünü pəncərədən yerə atıb.

 

Faktla bağlı istintaq öncəsi yoxlama aparılır.