Gəncədə ev partladı-yaralılar var

21 Yanvar 2014 20:10 (UTC+04:00)

Hazırda 2-3-cü dərəcəli yanıq xəsarətləri alan şəxslərə müvafiq yardım göstərilir

Gəncə şəhərində partlayış baş verib. Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasından APA-nın qərb bürosuna verilən məlumata görə, bu gün saat 15 radələrində şəhərin Cavad xan küçəsində yaşayan, 1956-cı il təvəllüdlü Fatimə Nəsib qızı Verdiyeva və onun qızı 1981-ci il təvəllüdlü Nübar Nəsrəddin qızı Verdiyeva yanıq xəsarətləri ilə xəstəxanaya daxil olublar.

Araşdırma zamanı məlum olub ki, onlar yaşadıqları evdə qaz sızmasından yaranan partlayış nəticəsində yanıq xəsarətləri alıblar. 

Hazırda 2-3-cü dərəcəli yanıq xəsarətləri alan şəxslərə müvafiq yardım göstərilir.