İzzet Yıldızhan Bülent Ersoyu "yıxıb-sürüdü"

21 Yanvar 2014 18:04 (UTC+04:00)

Bülent Ersoyun yayımdan qaldırılan şou proqramına birlikdə başladığı, lakin iki bölüm sonra proqramdan ayrılan İzzet Yıldızhan , Ersoy haqqında sərt ittihamlar irəli sürüb. Ersoy üçün " yola getməyən , iki üzlü , yazıq" ifadələrini işlədən Yıldızhan , '"bu günə qədər əxlaq anlayışımdan ötəri susdum" deyib. Movqe.Az "Radikal" a istinadən xəbər verir ki, müğənni İzzət Yıldızhan Tv8-də yayımlanan, Saleh Keçeci və Pelin Çininin təqdim etdiyi "Aramızda Kalsın"a qonaq olub.

 "Əxlaqıma görə susdum"

Mən danışsaydım proqramdan ayrilanda danışardım. Əxlaqıma görə susdum. İkinci hissədə ayrıldım proqramdan . Bu günə qədər demədiyim şeyləri burada izah edəcəyəm.

 "Bülent Ersoy televiziya nədir bilmir"

Mənim söylədiyim "Sözlərimiz tutmadı" cümləsinin içində hər şey var idi. Bülent Ersoy televiziya nədir bilmir.  Çox yaxşı bir sənətçidir, amma televiziya nədir bilmir. Mən 11 il televiziya proqramı apardım. Mən onun müğənniliyini ön plana çıxararam deyə düşünürdüm. Bu fikir məndən çıxdı əslində. Show Tv əvvəldən Bülent Ersoyun çətin bir insan olduğunu, onunla işləməyəcəklərini deyirdi.

 "Bülent Ersoyun məndən yeganə fərqi yaşıdır"

Çox dolanışıqsız bir insandır. Repertuar hazırlayarkən belə dolanışıqsızdır . Ortaq bir program hazırlayırıq. Onun məndən nəyi artıq bilər ki. Artığı varsa o da yalnız yaşıdır. Epertuarın axışını dəyişir.  Bir mahnı söyləməsi lazım olduğu halda, 3-4 mahnı söyləyir ard-arda. Mikrofonu atdığında mən necə reaksiyalar aldım... İnsanlar tənqid etdi məni. Mikrofonu nahaq gedib  yerdən aldın dedilər.

 "İkiüzlü bir insandır"

Bülent Ersoyun ikinci bir üzü var. Bülent Ersoy ikiüzlü bir insandır , mən onun səmimiyyətinə əsla inanmıram. Prodüseri mənim susduğum , söyləmədiyim şeyləri söylədiyi üçün mən bunları açıqlayıram. Mən onunla da görüşmürəm . Onun dostu , 20 illik dosdum idi. Amma onunla da dostluğumuz bitdi. Çünki Bülent Ersoy belə bir insandır , Prodüser Fevzi Siverek ilə arkadaşlığımızı bitirdi. Prodüserin söylədiyi kimi məncə də Bülent Ersoy zavallı bir insandır.

 "Tək başına hərəkət edə bilmir"

Müğənni kimi həqiqətən Divadır, amma öz başına hərəkət edə bilməyən bir insandır. Tutaq ki, bir mahnı  oxuyacağıq. Telefon açdığı bir neçə adam olur. Onlar yox deyəndə, işlər də qarışır. Qərar verə bilmir. Mənim hansı mahnını söyləyəcəyimə , nə edəcəyimə heç kim  qərar verə bilməz. Menecer menecerliyini , mətbuat mətbuat müşavirliyini biləcək. Ətrafındakı səslərin hamısını nəzərə alıb başını qarışdırır. Bu Bülent Ersoyun zavallılığıdır  . Böyük bir Divasan, amma tək başına qərarlar alabilmirsən. .

 Mənim qovulmağım üçün  nə oyunlar oynadı. Fevzi Sivereklə aramızı pozdu. Bülent Ərsoyun eqosunu yenməsi lazımdır , bir az təvazökar olması lazımdır. Həyatımda mənim üçün ilk sırada heç bir zaman pul olmayıb. Birinici həmişə şəxsiyyət oldu mənim üçün. Mən özüm ayrıldım və qəlbim sındı. Mən prodüseri danışdı deyə, sakitliyimi pozdum.