Azərbaycan Müdafiə Nazirliyi erməni nazirin bəyanatına cavab verdi

21 Yanvar 2014 18:36 (UTC+04:00)
Azərbaycan Müdafiə Nazirliyindən, Ermənistanın müdafiə naziri Seyran Ohanyanın "Azərbaycan hərbiçilərinin cəbhə xəttini pozaraq erməni hərbçilərini qətlə yetirməsi" ilə bağlı yaydığı məlumata cavab verib. Nazirliyin Mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, erməni hərbi birləşmələrində insident və hərbçinin öldürülməsi onların daxilində yaşanan hadisələrlə bağlıır. 

"Yanvarın 19-dan 20-nə keçən gecə qoşunların təmas xəttində heç bir hadisə baş verməyib. Shran Ohanyanın iddia etdiyi kimi Silahlı Qüvvələrimizdən də itki olmayıb" 

Müdafiə Nazirliyindən bildiriblər ki, yanvarın 20-dən 21-nə keçən gecə isə cəbhə xəttində erməni silahlı bölmələri tərəfindən 98-dəfə atəşkəsin pozulmaslı faktı qeydə alınıb. 

Qeyd edək ki, bu gün Ermənistanın müdafiə naziri Seyran Ohanyan Ermənistan mətbuatına açıqlamasında ötən gün Azərbaycan hərbçilərinin qoşunlarının təmas xəttini keçərək təxribat törətdiyini bildirib.