Sergey Lavrov: "Moskva Ukraynada vasitəçilik etməyə hazırdır”

21 Yanvar 2014 19:25 (UTC+04:00)

"Əgər müraciət olarsa, Moskva Ukraynada qarşı duran tərəflər arasında vasitəçilik etməyə hazırdır". Movqe.az-ın "RİA Novosti"yə istinadən verdiyi xəbərə görə, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov bu gün Moskvada keçirilən mətbuat konfransında bildirib. "Bu yalnız o halda mümkündür ki, bizdən bunu xahiş etsinlər. Mənim bildiyimnə görə, hələ bu yardım tələb olunmur"- deyə Rusiya XİN rəhbəri bildirib. Lavrovun sözlərinə görə, Ukraynadakı mövcud vəziyyət konstitusiya çərçivəsində həll olunmalıdır: "Ukraynada mövcud hökumətdən narazı qüvvələrlə hüquq-mühafizə orqanları arasında olan problemlər xarici müdaxilə olmadan, konstitusiya çərçivəsində həll olunmalıdır: "İstənilən dövlətdə daxili problemlər, o cümlədən Ukraynadakı problemlər kənar müdaxilə olmadan hüquqi sahədə dialoq yolu ilə həll etmək lazımdır.