"Avropa İttifaqı Ermənistana yardımları dayandırmalıdır"

21 Yanvar 2014 19:30 (UTC+04:00)

"Beynəlxalq təşkilatlar, rəsmi şəxslər Azərbaycanın Dağlıq Qarabağ ərazisinin işğal olunması, ölkəmizin ərazi bütövlüyü və suverenliyini dəstəkləmələrinə dair bəyanatlar səsləndirirlər. Amma, yalnız bəyanat vermək yetərli deyil". Movqe.az-ın xəbərinə görə, bunu siyasi politoloq Rasim Musabəyov deyib. R.Musabəyov bildirib ki, bu kimi bəyanatlarda işğalçıya qarşı daha konkret mövqe olmalı, şərtlər irəli sürülməlidir. "Gələcəkdə Ermənistana qarşı beynəlxalq ictimaiyətin belə mövqe sərgiliyə bilməsinə gəlincə, politoloqun sözlərinə görə, bu, Azərbaycan diplomatiyasından və maraqlar balansından asılıdır. Avropa Parlamentinin Azərbaycan ərazi bütövlüyünü dəstəkləyən qətnaməsi var. Bu bir tərəfdən müsbət qəbul olunmalıdır. Amma digər tərəfdən Avropa Parlamenti, Avropa İttifaqı Ermənistanın işğalçı olduğunu bəyan etməli və bu ölkəyə yardımları dayandırmalıdır. Belə şərtlər daxilində işğalçı geriyə addım ata bilər".