Orta məktəbdə həyəcan

21 Yanvar 2014 18:50 (UTC+04:00)
Lənkəranda təlim məqsədli minanın təhlükəli olduğu müəyyən edilib.  Movqe.az "Qafqazinfo"ya istinadən  xəbər verir ki, Lənkəran rayonu Nərimanabad qəsəbəsində yerləşən Elman Məmmədov adına tam orta məktəbdə təlim məqsədli tank əlehinə minanın təhlükəli olduğu müəyyən edilib. Fövqəladə Hallar Nazirliyinin xilasediciləri və mütəxəssisləri lazımi tədbirlərin görülməsi üçün hadisə yerinə cəlb edilib, aidiyyəti qurumlar məlumatlandırılıb. FHN-in mütəxəssisləri 187 şagird, 32 müəllim və 16 texniki işçini məktəb binasından təxliyyə edib və ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüblər.