Bakıda əkiz qızlarını dünyaya gətirərkən komaya düşən ana öldü

22 Yanvar 2014 11:10 (UTC+04:00)

Əkiz övlad dünyaya gətirən Günay Lalayeva uzun müddət müalicə olunsa da, həkimlər onun həyatını xilas edə bilməyib

Ötən ilin dekabr ayının 18-də əkiz qız övladı dünyaya gətirən və komaya düşən ana bu gecə dünyasını dəyişib. Bu barədə qızın atası Nadir Lalayev anspress-ə məlumat verib. Onun verdiyi məlumata görə, qızı Günay Lalayeva xəstəxanada dünyasını dəyişib.


Qeyd edək ki, Günay Lalayeva dekabrın 18-də 3 saylı xəstəxanada 2 qız uşağını qeysəriyyə əməliyyatı ilə dünyaya gətirib. 

Dünyaya gələn uşaqlardan birinin çəkisi 2 kiloqram 700 qram, digərinin çəkisi isə 3 kiloqramdır. Uşaqlar normal olsa da, ananın vəziyyəti pisləşib. 


Sonradan Günayı yenidən əməliyyat etsələr də, heç bir xeyri olmayıb və qadın komaya düşüb. Dekabrın 26-da onu Mərkəzi Tibbi Xəstəxanaya yerləşdiriblər. Günayı həmin xəstəxanada yenidən əməliyyat ediblər. Onun bəzi orqanları, o cümlədən uşaqlığı çıxarılıb. Günayın qanının zəhərləndiyi də bildirilib.