Bir dəfə narkotik qəbul etdi və öldü

22 Yanvar 2014 11:20 (UTC+04:00)

Çılğın partidə ekstazi adlanan narkotik maddə qəbul edən gənc dünyasını dəyişib. Daniel Sparqo Mabs şənbə günü Londonun qərbindəki Hayesdə yerləşən partidə əylənərkən birdən huşunu itirib. Movqe.Az "BBC"yə istinadən xəbər verir ki, Koroydon məktəbinin əlaçı 16 yaşlı, əlaçı şagirdi olan yeniyetmə növbəti gün dünyasını dəyişib. Polis 18, 19, 20 yaşlarında 3 gənci narkotik maddə qəbuludan həbs edib. 

Danielin atası 50 yaşlı Tim Mabs, oğlunun normal yeniyetmə olduğunu, boş vaxtını sevgilisiylə keçirdiyini, Xbox oynamağı sevdiyini deyib. O, oğlunun həyatında birinci dəfə narkotik içdiyini qeyd edib. Onun müəllimləri, belə ağıllı, istedadlı şagirdlərinin ölümündən məyu olduqlarını söyləyib.